EURO : 1,8737 TRY : 0,2585 USD : 1,7 RUB : 0,0214
AXCP: Məmməd İbrahimə 10 sutka verilib

AXCP: Məmməd İbrahimə 10 sutka verilib

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimə 10 sutka həbs verildiyi bildirilir.

 

Bu barədə AzadlıqRadiosuna AXCP-dən danışıblar.

 

Partiyadan verilən məlumata görə, M.İbrahim Xətai Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin (İXM) 535.1 (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə günahlandırılaraq 10 sutka müddətinə həbs olunub.

 

Amma bu deyilənləri, hələlik, Xətai Rayon Məhkəməsindən dəqiqləşdirmək mümkün olmayıb.

Facebook