AXCP fəallarının apellyasiya şikayəti təmin edilmədi - Video

Aprelin 20-də Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə AXCP fəallarından Saqif Qurbanovun, hakim Vaqif Mursaqulovun sədrliyi ilə Baba Süleymanov, hakim Əmir Bayramovun sədrliyi ilə Əli İmanxanlı, hakim Mirzəli Abbasovun sədrliyi ilə İsmayıl Həsənov, hakim Namiq Məmmədovun sədrliyi ilə Vidadi Quliyevin inzibati həbsi ilə bağlı apellyasiya şikayətlərinə baxılıb. Lakin apellyasiya şikayətlərində yazılmış vəsatət və şikayətlərə baxmayaraq şikayətlərin heç biri təmin olunmayıb.

Vəkil Əsabəli Mustafayev qərarlar əldə olunandan sonra Avropa Məhkəməsinə şikayət göndəriləcəyini bildirib. Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının 14 aprel tarixində Bakıda keçirilən mitinqin təşkilatçıları olan 6 fəalı - Saqif Qurbanov, Vidadi Guliyev, İsmayıl Həsənov, Baba Suleymanov, Əli İmanxanlı və Ruslan Nəsirlii aprelin 13-də saxlanılaraq məhkəmələr tərəfindən hər biri 15 sutka inzibati həbsə məhkum edilib. Daha iki fəal – Orxan Baxışlı və Abdulla Mahmudov müxalifətin martın 31-də keçirilən mitinqindən öncə martın 27-də həbs edilib. Onların hər biri 30 sutka inzibati həbsə məhkum edilib.