AXCP fәalı yazılarına görә hәdәlәnir

AXCP fəalı Rauf Əbdurəhmanlı sosial şəbəkədə paylaşdığı fikirlərə görə hədələnir. O bununla bağlı oz fb səhifəsində yazıb.

R.Əbdurəhmanlı bildirib ki, Şəki rayon Polis Şöbəsindən ona təhdid dolu zənglər edilir və yazdığı tənqidi statusların silinməsi tələb edilir. AXCP fəalı əks halda həbs ediləcəyi ilə hədələnir:

“Məni həbslə təhdid edənlərin nəzərinə: İtirəcək heç nəyim yoxdur. Statusumu və Tofiq Yaqubludan etdiyim paylaşımı da sizin çoxsaylı təhdidli zənglərinizı görə yox, böyuk dəyər verdiyim rayon cəbhədaşımın təkidiylə sildim. Bu nədir? Gün ərzində etdiyiniz zənglər bəs deyilmiş kimi sübh tezdən də zəng edirsiniz, filan statusları da sil. Statuslarım mənim şəxsi fikirlərimdir. Onu yazanda kiminsə göstərişiylə yazmıram ki, kiminsə göstərişiylə də silim. Şəki rayon polis şöbəsinin rəhbərliyi dünən və bu gün məni həbslə təhdid edir. Özünüzə də dedim, mən bu yola gələndə həbsimi gözümə almışam. Şərləyib həbs edə bilərsiniz, ancaq yolumdan döndərə bilməzsiniz. Həbs anonsunu verdiyiniz üçün minnətdaram, ancaq bir daha mənə status silmək haqqında zəng etməyin”.

azadliq.info