AXCP fəalı 30 gün müddətinə həbs edilib

AXCP fəalı 30 gün müddətinə həbs edilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı İbrahim İbrahimi 30 gün müddətinə həbs edilib.

O, oktyabrın 16-da saxlanılıb və Tovuz rayon məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (Polisin qanuni tələbinə tabe olmamaq) ilə günahkar bilinərək 30 sutka inzibati həbsə məhkum edilib, bu barədə Turan-a AXCP-nin mətbuat xidmətindən bildiriblər.

Həbsindən bir neçə gün sonra fəalın atası dünyasını dəyişib və o bir gün müddətində atasının dəfnində iştirak üçün buraxılıb.

AXCP-də İbrahimlinin Facebook-da tənqidi statuslarına görə həbs edildiyini hesab edirlər.

Rəsmi orqanlar hələlik İbrahimlinin həbsi ilə bağlı şərh verməyiblər. 

Facebook