Avtomobildən 6 min manatlıq telefon oğurlandı

Avtomobildən 6 min manatlıq telefon oğurlandı

Bakıda avtomobildə oğurluq hadisəsi baş verib.

 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Belə ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 13-də rayon ərazisində “Jeep” markalı avtomobildən pul, 6 000 manat dəyərində mobil telefon, 1 500 manat dəyərində ətir və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Nemətov saxlanılıb.

Facebook