Avtobusların normadan artıq sərnişin daşıması qadağan edildi - RƏSMİ

Avtobusların normadan artıq sərnişin daşıması qadağan edildi - RƏSMİ

“Səfərbərlik, hərbi xidmətə çağırış hökumətin diqqət mərkəzindədir. Yaxın vaxtlarda bununla bağlı qərar qəbul ediləcək”. 

 

Rakurs.tv-nin məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

 

O, həmçinin, ictimai nəqliyyatda sərnişin daşınması məsələsindən də danışıb:

 

“Avtobuslarda olan yer qədər sərnişin daşınmasına imkan veriləcək. Ümumiyyətlə, hər şey ediləcək ki, ölkə daxilində koronavirusa yoluxma minimallaşdırılsın və lokallaşdırılsın”.

Facebook