Avstriyada yeni məscid inşa ediləcək

Avstriyanın Vyana şəhərində alman dilində xidmət göstərəcək məscid inşa ediləcək.
 
"İQNA"ya istinadən xəbər verilir ki, bir qrup müsəlman gəncin təşəbbüsü ilə məscid üçün torpaq sahəsi alınıb.
 
Tikinti üçün 10-500 avro arasında könüllü ianə qəbul edilir.
 
Məscid 230 kv.m ərazidə inşa ediləcək.
 
Məsciddə dini təhsillə yanaşı, gənclərin yeni toplanış yeri olması nəzərdə tutulub. Bundan başqa, kompleks içində bufet və dərs otaqları da olacaq.