Avropada bu ölkənin çempionatı yarımçıq yekunlaşdırıldı

Avropada bu ölkənin çempionatı yarımçıq yekunlaşdırıldı

Fasilədən sonra mayın 23-də bərpa olunmuş Çexiya çempionatının tam yekunlaşdırılmasına qərar verilib. 

"Report"un Çexiya Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, buna koronavirusa yeni yoluxma halı səbəb olub.

Yüksək liqada qalmaq uğrunda mübarizə aparan "Opava"nın oyunçusunun xəstələnməsi bütün komandanı karantinə çəkilməyə məcbur edib. Belə bir şəraitdə çempionatın davam etdirilməsi qeyri-mümkün sayılıb. 

Çempion adını "Slaviya" qazanıb. Avropa Liqasında "Viktoriya", "Sparta", "Yablonets" və "Slovan" çıxış edəcək. Aşağı liqaya isə heç bir klub enməyəcək. Beləliklə, növbəti mövsüm Çexiya liqası 18 komandayadək genişlənəcək.  

 

Facebook