Avropa Məhkəməsi yeddi Bakı sakininin şikayətini təmin edib

Avropa Məhkəməsi yeddi Bakı sakininin şikayətini təmin edib

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan evlərin sökülməsi ilə bağlı gələn yeddi şikayət üzrə qərarlar qəbul edib. Ərizələr birləşdirilərək, bir qərar çıxarılıb. Bu barədə Turan-a Media Hüquqları İnstitutunun koordinatoru Xalid Ağalı məlumat verib.

Zülfiyyə Əliyeva və paytaxtın Səbail rayonunun digər 6 sakini 2011-2012-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə yol tikintisi ilə əlaqədar evlərinin sökülməsindən şikayət ediblər.

Sakinlərə hər kvadrat metr üçün 1500 manat hesabı ilə təzminat ödənilib. Amma vətəndaşlar vəd olunmuş məbləğin 30%-ni almayıblar.

AİHM ərizəçilərə 43 030 avro ölçüsündə təzminat ödənilməsi barədə qərar çıxarıb. Mənəvi zərərə görə isə ərizəçilərin hər birinə 3 min avro ödənilməlidir.

Turan

Facebook