Avropa Məhkəməsi Novruzəli Məmmədova görə Azərbaycan hökümətini cərimələyib

Avropa Məhkəməsi fevralın 21-də Azərbaycanla bağlı növbəti qərarını elan edib, Novruzəli Məmmədovun ölümünə görə hökuməti cərimələyib.

 

Söhbət 2009-cu ildə həbsxana xəstəxanasında vəfat etmiş 68 yaşlı jurnalist Novruzəli Məmmədovun işi üzrə şikayətdən gedir. 10 il müddətinə azadlıqdan məhrum edilib, həbsdə vəfat edən jurnalistin işində iddia edilirdi ki, onun Konvensiyanın 2-ci (Yaşamaq hüququ), 3-cü (İşgəncələrə, qeyri-insanı rəftara məruz qalmamaq), 5-ci (Azadlıq və toxunulmazlıq hüququ) maddələri ilə qorunan hüquqlarına müdaxilə edilib. Məhkəmə hesab edib ki, mərhum jurnalistə münasibətdə onun yaşamaq (prosedur), İşgəncələrə, qeyri-insanı rəftara məruz qalmamaq, azadlıq və toxunulmazlıq hüququ pozulub.

 

Hökumət mərhum jurnalistin ailəsinə 24 min avro ödəməlidir.

 

Novruzəli Məmmədov "Tolışi sədo" qəzetində baş redaktoru, AMEA Nəsimi adına Dilçilik İnstitutun german-roman dilləri şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib. 24 iyun 2008-ci ildə Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmə Novruzəli Məmmədovu CM-nin 274-cü maddəsilə (dövlətə xəyanət) təqsirli bilib, əmlakı müsadirə olunmaqla 10 il müddətinə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə azadlıqdan məhrumetmə çəzasına məhkum edib.

 

O, 17 avqust 2009-cu ildə Bakı həbsxanasında vəfat edib.(meydan.tv)