Avropa Məhkəməsi Azərbaycanı yenə də cərimələdi

Avropa Məhkəməsi Azərbaycanı yenə də cərimələdi

Seymur Həzi, Məğrub Bədəlli, Abdulla Yolbarsoy, Məmməd Əzizov və Murad Ədilovla bağlı qərar açıqlanıb

Noyabrın 5-də Avropa İnsan Haqqları Məhkəməsi Azərbaycanla bağlı ("Həziyev və başqaları Azərbaycana qarşı") daha bir qərarını elan edib.

Jurnalist Seymur Həzi, Məğrub Bədəlli, Abdulla Yolbarsoy, Məmməd Əzizov və Murad Ədilov məhkəməyə müraciət edərək ayrı-ayrı vaxtlarda işgəncəyə məruz qalmaları ilə bağlı şikayət vermişdilər.

Məhkəmə hesab edib ki, 3 və 5-ci Ərizəçi Konvensiyanın 3-cü maddəsinin substantiv əsasları üzrə, bütün ərizəçilərin həmin maddənin prosedural əsası üzrə hüquqları, 2-ci ərizəçiyə münasibətdə Konvensiyanın 5.1-ci maddəsi pozulub.

Məhkəmə mənəvi zərərə görə 3 və 5-ci ərizəçiyə 12000 avro, 2-ci ərizəçiyə 9750 avro, 2 və 4-cü ərizəçiyə 7500 avro təyin edib.

Bundan əlavə, məhkəmə xərclərinə görə 1-ci ərizəçiyə 3000 avro, digərlərinə 2000 avronun ödənilməsini müəyyən edilib.

Ərizəçilərdən Seymur Həzi və Məmməd Əzizovun nümayəndəsi Fariz Namazlı olub.

Vəkil bildirir ki, bu iş üzrə qərar bu il ərzində apardığı 6 iş üzrə sayca pozuntu tanınan 4-cü qərardır.

Jurnalist Seymur Həzi və aktivist Məmməd Əzizovun şikayəti həbsdə işgəncəyə məruz qalmaları ilə bağlı olub.

Facebook