Avropa İttifaqı İranla danışıqlara başladı

Avropa İttifaqı İranla danışıqlara başladı

Aİ İranla nüvə sazişi üzrə danışıqları bərpa edib.

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borel bildirib ki, iki aylıq fasilədən sonra İranla nüvə sazişinin həyata keçirilməsi üçün danışıqlar yenidən başlayıb.

2015-ci ildə İranla imzalanmış nüvə sazişinin tam şəkildə həyata keçirilməsi və ABŞ-ın razılaşmaya qayıtmasının müzakirə edildiyi nüvə danışıqları Avstriyanın paytaxtı Vyanada Çin, Almaniya, Fransa, İngiltərə və İran Rusiyadan yüksək səviyyəli nümayəndələrin iştirakı ilə keçirilir.

ABŞ-nin keçmiş prezidenti Donald Trampın dövründə 2018-ci ildə birtərəfli qaydada sazişdən çıxan Vaşinqton Aİ vasitəsilə dolayısı ilə danışıqlarda iştirak edir.

Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borel danışıqların martın 11-də "xarici amillər" səbəbindən dayandırıldığını açıqlayıb.

Vaşinqton Tehranın sazişdəki öhdəliklərinə qayıtmasını istəyir.

İran nüvə sazişindən çıxan tərəf kimi ilk növbədə ABŞ-dən sazişə qayıtmağı, bütün sanksiyaları ləğv etməyi və bir daha sazişdən çıxmayacağına dair təminat verməsini tələb edir.

Facebook