EURO : 1,858 TRY : 0,2502 USD : 1,7 RUB : 0,0238
Avropa İttifaqı Azərbaycanda 1-ci virtual mədəniyyət Festivalını həyata keçirəcək

Avropa İttifaqı Azərbaycanda 1-ci virtual mədəniyyət Festivalını həyata keçirəcək

Avropa inteqrasiyası tarixinin bir parçası olan “Şuman Bəyannaməsi”-nin 70 illik yubileyi münasibətilə Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Aİ Üzv Dövlətlərinin Səfirlikləri ilə birlikdə ilk dəfə rəqəmsal formatda keçiriləcək 4-cü IMAGINE Avro Tolerantlıq Festivalı 2020-nin keçiriləcəyini elan etməkdən məmnunluq duyur.

 

Koronavirus (COVID-19) səbəbindən Aİ Nümayəndəliyi ənənəvi IMAGINE Avro Tolerantlıq Festivalını ənənəvi formatında keçirə bilməyəcək, lakin əvəzində müxtəlif mədəniyyət tədbirlərini Azərbaycan evlərinə gətirən virtual formatda Festival keçirməyə qərara gəldi. Bu ilin xüsusi mövzusu bu günlərdə vacib bir dəyər olan həmrəylik olacaq.

 

IMAGINE Avro Tolerantlıq Festivalı 2020-nin bu buraxılışında əvvəlcədən Bakıda olmuş və ya 2020-ci ildə ziyərət etməyi planlaşdırmış dünyanın müxtəlif yerlərindən olan bir neçə musiqi qrupu, musiqiçilər və müğənnilər Bakı və Azərbaycana “Bakı üçün Bir Mahnı” adlı xüsusi musiqi proqramında bir mahnı həsr edəcəklər. Bu, Azərbaycan xalqı ilə olan həmrəyliyi nümayiş etdirməyin bir yoludur. Bu zəngin və çox müxtəlif musiqi proqramı “Avropa Günü” və ya “Şuman Günü” kimi tanınan 9 mayda canlı yayımlanacaq. Digər konsertlərə Çili-Belçikalı olan tenor və soprano saksafon ifaçısı və bəstəkar Marselo Monkadanın 12 maydakı canlı konserti və 15 mayda dünyanın fərqli yerlərindən olan musiqiçilərin birlikdə ifa edəcəyi “Brasilidade” qrupunun konserti daxildir.

9 mayda keçiriləcək “İdeyalar Forumu”-nda dünyanın müxtəlif yerlərindən olan fəallar, mütəfəkkirlər, ekspertlər “Covid-19 Avropanı və beynəlxalq əlaqələri necə formalaşdırır?” mövzusunda öz fikirlərini və düşüncələrini bölüşəcəklər. Onların düşündürücü videoları Covid-19-un həyatımızı, qlobal siyasi, iqtisadi və sosial nizamımızı necə dəyişə biləcəyi, Avropanın bu misli görünməmiş böhrandan necə çıxacağı mövzularını əhatə edəcəkdir.

Virtual sərgilər zamanı Fransa, Hollandiya və Rusiyadan olan tanınmış fotoqraflar bizə peşəkar həyatlarında çəkdikləri ən vacib fotolara doğru bələdçilik edəcək və arxa planı izah edəcəklər. Özünü təcrid və karantin dövründə Avropalı rejissorlar tərəfindən çəkilən, karantinin yaradıcılığı məhdudlaşdıra bilmədiyini sübut edən unikal eksperimental filmlərin kiçik bir hissəsi Festivalda yer alacaqdır.

Konsertlər, debatlar, master-klasslar, poeziya tədbirləri, incəsənət sərgiləri, film nümayişləri, Festival zamanı hər kəsin əylənə və bəyənə biləcəyi bir çox şey olacaq.

IMAGINE Avro Tolerantlıq Festivalını https://www.euroimagine.az/ veb saytından və ya https://www.facebook.com/ImagineEuroToleranceFestival ünvanından izləyə bilərsiniz.

Facebook