Avropa Birliyi bütün siyasi məhbusları azad etməyə çağırır

Avropa Birliyi Azərbaycandakı siyasi məhbuslarla bağlı bəyanat verib. Bəyanatda deyilir:
“Azərbaycan vətəndaşlarının, o cümlədən Gürcüstanda yaşayan hüquq müdafiəçilərinin oğurlanması, qanunsuz saxlanılması və həbsi tez və şəffaf şəkildə araşdırılmalıdır.
Gürcüstanda belə bir araşdırmanın başlanılması alqışlanılır və AB prosesləri yaxından izləyəcək.
Azərbaycan tərəfi beynəlxalq öhdəliklərə uyğun olaraq, əsas hüquqlar, o cümlədən ifadə azadlığı pozularaq həbs edilənləri dərhal azad etməlidir.
Biz zəruri hüquqi prosedurların, qanuni əsaslarla digər dövlətlərin ərazisində yaşayan vətəndaşların siyasi hüquqlarının qorunmasına çağırırıq.
İnsan haqları deklarasiyasında aydın şəkildə qeyd olunub ki, heç kim qanunsuz şəkildə həbs və ekstradisiya edilə bilməz”.
Bəyanatda qeyd olunur ki, Avropa Birliyi bu kimi halları diqqətlə izləyəcək.