EURO : 1,858 TRY : 0,2502 USD : 1,7 RUB : 0,0238
Avrokuboklarla bağlı yeni iddia

Avrokuboklarla bağlı yeni iddia

Avropa Klubları Assosiasiyası (ECA) və UEFA cari mövsümün avqust ayında başa çatdırılmasına dair razılığa gəliblər.
 
Rakurs.tv “Cadena SER” nəşrinə istinadən xəbər verir ki, Avropadakı milli çempionatların avrokubok oyunlarının finalınadək bitməsi planlaşdırılır. Avrokubok qarşılaşmalarının hamısı azarkeşsiz keçiriləcək. Komandalar hər mərhələdə iki yox, bir matça çıxacaqlar. Yəni, ev-səfər prinsipi ləğv olunacaq. Final qarşılaşmaları isə avqustun ikinci yarısına planlaşdırılır.
 
Belə olan halda avrokuboklarda 2020/21 mövsümünə sentyabrda start veriləcək.

Facebook