Atatürkü təhqir edən şəxs azadlıqda

Türkiyənin Ümraniyə şəhərində orta məktəblərin birinin həyətində Mustafa Kamal Atatürkün büstünü qıran şəxs həbs edilsə də, sonradan azadlığa buraxıb.

Teleqraf.com xəbər verir ki, hadisə 2017-ci il avqustun 11-də olub.

Atatürkün büstünü qıran Mehmet T. adlı şəxsi polis evində həbs edib. İfadəsi alınan Mehmet T. ruhi xəstəxanaya göndərilib.

Xəstəxanada cinayət öncəsi və sonrası Mehmet T.-nin davranışlarını şizoferiniya xəstəliyinin alovlanma dönəmi kimi qiymətləndirilib.