"AtaSığorta"nın lisenziyası dayandırılıb

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə "AtaSığorta" Açıq Səhmdar Cəmiyyətinə (ASC) təkrarsığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi dayandırılıb.
 
Bu barədə dekabrın 20-də Palata məlumat yayıb.
 
Məlumatda bu qərar "AtaSığorta" ASC-nin məcmu kapitalının tələb olunan minimal məbləğdən az olması ilə izah edilib.
 
"Palatanın İdarə Heyətinin 17 dekabr 2018-ci il tarixli qərarı ilə «AtaSığorta» Açıq Səhmdar Cəmiyyətinə təkrarsığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi 5 ay müddətinə dayandırılıb", - məlumatda vurğulanır.