Astananın adı Nursultan olub

Qazaxıstan Parlamentinin deputatları paytaxt Astananın adının Nursultan olması bsrədə qanun layihəsini təsdiq edib.

 

Operativ.tv-nin məlumatına görə, bu barədə "TASS" agentliyi yazıb.

 

Məlumatda bildirilir ki, Qazaxıstan Parlamentinin Məclisinin (aşağı palata) sədri Nurlan Niqmatulin bu qərarı tarixi adlandırıb.

 

Qeyd edək ki, bundan əvvəl Qazaxıstanın yeni prezidenti Kasım-Jomart Tokayev paytaxtın adını Nursultan qoymağı təklif edib.