AŞPA prezidenti: “Belarusda seçkilər ədalətli və azad olmayıb”

AŞPA prezidenti: “Belarusda seçkilər ədalətli və azad olmayıb”

Avropa Şurası Parlament Assambleyasının prezidenti Rik Dems çərşənbə günü bəyanatla çıxış edib:

“Mən Belarusda prezident seçkilərinin gedişini, həmçinin ötən gecə səsvermə başa çatdıqdan sonra baş vermiş hadisələri diqqətlə izlədim. Dərin təəssüflə qeyd edirəm ki, bu seçkilər heç də azad və ədalətli deyildi. Namizədlərin sərbəst şəkildə öz namizədliklərini irəli sürmək və seçkiqabağı kampaniya aparmaq imkanları yox idi; dinc nümayişçilərin, fəalların və jurnalistlərin kütləvi şəkildə saxlanılması da daxil olmaqla, sərbəst toplaşma azadlığının və ifadə azadlığı ilə bağlı ciddi məhdudiyyətlər müşahidə olunurdu; erkən səsvermə prosedurunun dürüstlüyü şübhə altına alındı.

Ötən gecə baş verən hadisələr, o cümlədən polis və hərbi qüvvələrin tətbiqi, eləcə də nümayişçilərin saxlanması mənim narahatlığımı artırır.

Mən hakimiyyəti təkidlə maksimum təmkin göstərməyə və Belarusun beynəlxalq öhdəliklərinə və vəzifələrinə uyğun olaraq, əsas insan hüquq və azadlıqların maneəsiz həyata keçirilməsini təmin etməyə çağırıram. Fikrin ifadə olunması və dinc toplaşma azadlığı demokratik cəmiyyətin ən mühüm sütunudur,  plüralist və demokratik siyasi proses üçün vacib şərtdir.

Facebook