AŞPA Paşinyanın son addımını etirazla qarşılayıb

Siyasi xadimlər məhkəmə orqanlarına təzyiq kimi qəbul edilə biləcək hərəkətlər və ifadələrdən çəkinməlidir. Rakurs.tv "Aysor"a istinadən bildirir ki, bu bəyanatla AŞPA-nın həmməruzəçiləri Yuliya Levoçkina və Andrey Şirel çıxış edib.

Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan sabiq prezident Robert Köçəryanın həbsdən azad edilməsinə etiraz olaraq tərədarlarını məhkəmə binalarını mühasirəyə almaq göstərişi vermişdi.

"Məhkəmənin müstəqilliyi qanunun aliliyi üçün bir şərtdir. Buna görə, qanunun aliliyi ən yaxşı halda belə olur ki, siyasətçilər ona müdaxilə etməsin. Qanunun aliliyinin prosedurlara hörmət tələb edir ki, bütün vətəndaşlar, öz şəxsiyyətlərindən asılı olmayaraq hamı qorunmalıdır ",-deyə həmməruzəçilər qeyd ediblər.

Onlar həmçinin ictimaiyyətin məhkəmə sisteminə olan inamının aşağı olduğunu da vurğulayıblar.