AŞPA əfv sərəncamını alqışlayıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA)-da Azərbaycanda demokratik institutların fəaliyyətinə dair həmməruzəçisi Stefan Şenak Prezident İlham Əliyevin martın 16-da Novruz bayramı münasibətilə imzaladığı əfv sərəncamını alqışlayıb. 

 

O, belə bir bəyanatla AŞPA-nın bu gün Strasburqda işə başlayan yaz sessiyasında çıxış edib. 

 

O, Azərbaycanda məhbusların azadlığa buraxılmasını yüksək qiymətləndirdiyini bildirib.

 

Qeyd edək ki, sərəncam, ümumilikdə, 431 nəfərə şamil olunub. Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad olunub. Eləcə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Üç nəfər islah işləri cəzasından, bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad edilib.