AŞPA Aqramuntu sədrlikdən uzaqlaşdırır

Avropa Şurası Parlament Assambleyası (AŞPA) iyunun 27-də reqlamentə dəyişikliklə bağlı qətnaməni qəbul edib. Bu qətnamədən sonra qurumun indiki baş katibi Pedro Aqramuntun tutduğu vəzifədən uzaqlaşdırılması prosesinə başlamaq mümkün olacaq.

Parlamentin 154 üzvü qətnamənin lehinə, 30-u əleyhinə səs verib. 13 deputat isə bitərəf qalıb.