Artur Rasizadə göllər haqqında danışdı

Rakurs TV-nin məlumatına görə, baş nazir Artur Rasizadə Zığ və Böyükşor göllərinin  sərhədlərinin müəyyən edilməsi haqda qərar imzalayıb.

Qərarda Zığ gölünün 106,49 hektarlıq sahəsi olan akvatoriyası və onun 184,58 hektarlıq sahəsi olan mühafizə zonası, Böyükşor gölünün isə 1159,39 hektarlıq sahəsi olan akvatoriyası və onun 467,85 hektarlıq sahəsi olan mühafizə zonasının sərhədləri təsdiq edilib.