Artıq bu marşrut üzrə xəttə "BakuBus" avtobusları işləyəcək - Fotolar

Bakıda fəaliyyətdə olan 175 saylı müntəzəm marşrut xətti üzrə yeni avtobuslar fəaliyyətə başlayıb.
 
Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
 
Mətbuat xidməti rəhbərinin sözlərinə görə, həmin marşrut üzrə "BakuBus" MMC-yə aid avtobuslar istifadəyə verilib.