Arif Hacılı "Dəyirmi masa" iclasına qatılmama səbəbini açıqlayıb

Sentyabrın 11-də Bakıda hakim Yeni Azərbaycan Partiyasının da (YAP) iştirakı ilə siyasi partiyalar, media və vətəndaş cəmiyyətinin nümayəndələri "Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda Dəyirmi Masa keçirilib.
 
Müsavat Partiyasının başqanı Arif Hacılıya dəvət göndərilsə də, dəyirmi masaya qatılmayıb.
 
Arif Hacılı tədbirə qatılmamasının səbəbini  "Basta”ya açıqlayıb.
 
"Dəyirmi Masada müzakirə olunacaq mövzunun qeyri-müəyyənliyinə və təddbirin formatı bizi qane etmədiyinə görə tədbirdə iştirak etmədik” – deyə, Arif Hacılı bildirib.