Argentina diktatoru həbsxanada öldü

Müasir Argentina tarixinin sonuncu diktatoru hesab edilən Reynaldo Binone 90 yaşında dünyasını dəyişib.

Bu barədə A24 kanalı məlumat yayıb.

Diviziya generalı Binone 1982-83-cü illərdə ölkəni idarə edib. 1983-cü ildə hakimiyyəti mülki hökumətə təhvil verəndən sonra ona qarşı çoxsaylı ittiham irəli sürülüb. O, qətllərdə və qanunsuz həbslərdə günahlandırılıb.

Keçmiş diktator bu ittihamlarla uzunmüddətli həbsə məhkum edilmişdi.