Arakanlı qaçqınlar öz evlərinə qayıdacaq

Ölkədə baş verən müsəlman qırğınından sonra Myanma ilə Banqladeş razılığa gəlib.

Publika.az xəbər verir ki, razılaşmaya əsasən, ordu ilə buddistlərin hücumlarından qaçaraq Banqladeşə sığınan arakanlı müsəlmanlar ölkələrinə geri qayıdacaq.

Bu barədə Myanma hökuməti tərəfindən məlumat verilib.

Ölkədə baş verən hadisələrə səssiz qaldığı üçün BMT tərəfindən sərt tənqidlərə məruz qalan lider Aunq San Syu Çi daha sonra Arakana sürpriz səfər gerçəkləşdirmişdi.

İngiltərənin xarici işlər nazir Reks Tillerson ordunun müsəlmanlara hücumlarını sərt şəkildə qınayaraq hadisələri böyük bir insanlıq faciəsi adlandırmışdı.

Çinin xarici işlər naziri Vanq Yi isə Arakanda yaşanan böhranı həll edilməsi üçün 3 mərhələli plan tövsiyə etmişdi. Plana görə, ilk mərhələdə bölgədə atəşkəs təmin edilməli və sabitlik bərpa edildikdən sonra insanların zorla köç etməsinin qarşısı alınmalıdır.