"Arakan Xilas Ordusu" üsyana başladı: Budda məbədi yandırıldı - Video

Myanmanın "Arakan Rohindjin Xilası Ordusu" Rakhayn ştatındakı budda məbədlərini yandırmağa başlayıb.

APA TV-nin məlumatına görə, məbədlərdəki budda heykəlləri üzərində vandalizm aktı törədilib, ərazidə yandırılmış budda məbədləri aşkarlanıb. Qeyri-sabit vəziyyət səbəbindən ştatdakı 400 məktəb fəaliyyətini dayandırmalı olub.

Xatırladaq ki, ştatda vəziyyət avqustun 25-dən etibarən, hökumətin terrorçu hesab etdiyi qruplaşmanın 30-dan artıq polis məntəqəsinə hücumundan sonra gərginləşib. Buddistlərlə müsəlmanlar arasında həftə boyunca baş verən toqquşmalarda ölənlərin sayı 400 nəfərə çatıb.