“Arakan” üçün səfirliyi yandırdılar

İndoneziyanın paytaxtı Cakartada yerləşən Myanmar səfirliyi qəzəbli xalqın hücumuna məruz qalıb.

“Arakan” hadisələrindən hiddətlənən xalq "Molotov kokteylləri" ilə səfirliyə hücum edərək binanı alova bürüyüb.

Cakartanın Təhlükəsizlik Xidməti nümayəndəsi Arqo Yuvono hadisə ilə bağlı açıqlama verib. O, binada meydana gələn yanğında xəsarət alanların olmadığını bildirib.

Myanmarda getdikcə dərinləşən gərginlik səbəbilə Cakartdakı səfirliyin təhlükəsizlik tədbirləri gücləndirilib.

Publika.az