Aprel şəhidinin adına küçə verildi

Babək Vəfadar oğlu Abidovun aprel döyüşləri zamanı göstərdiyi igidlikdən danışılıb

Şabrandakı küçələrdən birinə 2016-cı ilin aprel döyüşlərində şəhid olan kiçik gizir Babək Abidovun adı verilib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, küçənin açılışı ilə bağlı rayon mərkəzində tədbir keçirilib.

Aprel döyüşlərində şəhid olan kiçik gizir Babək Abidovun qəbri

Tədbirdə Şabranın Zeyvə kəndində anadan olan Babək Vəfadar oğlu Abidovun aprel döyüşləri zamanı göstərdiyi igidlikdən danışılıb. Şəhidin atası Vəfadar Abidov göstərilən diqqət və qayğıya görə minnətdarlığını dilə gətirib. Sonda üzərində şəhidin əks olunan lövhənin açılışı olub.

Qeyd edək ki, Babək Abidov 2 aprel 2016-cı ildə qəhrəmancasına şəhid olub. O, göstərdiyi qəhrəmanlığa görə, ölümündən sonra Azərbaycan Respublikasinin prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi ximətdə fərqlənməyə görə III dərəcəli medal"ı ilə təltif edilib.