Qarabağ qazisi dəfn olundu - Video

Qarabağ qazisi dəfn olundu - Video

Aprel döyüşləri zamanı yaralanaraq qazi olan Qoşqar Hacıyevin dəfn mərasimi keçirilib.

 

Rakurs.tv-nin əməkdaşı xəbər verir ki, dəfn mərasimi ilk öncə Heydər məscidində cənazə namazı qılınaraq başlayıb.

 

Daha sonra qazi Qoşqar Hacıyev Yasamal rayon ərazisində yerləşən "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

 

Cənazə mərasiminə yüzlərlə insanın qatıldığı və şüarlar səsləndirildiyi diqqətə çatdırılır.

 

Qeyd edək ki, Q.Hacıyev fevralın 9-da müalicə aldığı “Ege Hospital”da dünyasını dəyişib.

 

Q.Hacıyev 1986-ci ildə Mingəçevir şəhərində anadan olub. Azərbaycan Ordusunda müddətdən artıq hərbi qulluqçu kimi xidmət edib.

 

2015-ci ilin sentyabrın 2-də düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanıb. Onun müalicəsi yerli tibb müəssisələri ilə yanaşı, Türkiyənin Gülhanə Təhsil və Araşdırma Xəstəxanasında aparılıb.

 

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə Q.Hacıyev “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib. Onun medalı 2019-cu ilin aprelin 20-də Gülhanə xəstəxanasında müalicə olunan zaman ailəsinə təqdim olunub.

 

Allah rəhmət eləsin!

Facebook