Antalyada seçki qutusundan Putinin adı çıxdı - Foto

Türkiyədə keçirilən növbədənkənar prezident seçkilərində maraqlı hadisə qeydə alınıb.

“Hurriyet”ə istinadən verilən məlumata görə, Antalyanın Manavqat rayonunda litseylərdən birində baş tutan səsvermə zamanı seçicilərdən biri seçki bülleteninə Rusiya prezidenti Vladimir Putinin adını yazaraq üzərinə “bəli” möhürünü vurub.

Sözügedən bülleten səlahiyyətli şəxslər tərəfindən etibarsız hesab edilib.