ANS-in daha bir keçmiş əməkdaşı vəfat edib

“7 Gün” qəzeti, AzTv və ANS teleşirkətinin keçmiş əməkdaşı, tanınmış dizayner Fuad Həsənov dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onu tanıyanlar sosial şəbəkədə yazıblar. 

F.Həsənov bir müddət əvvəl insult keçirərək komaya düşmüş, daha sonra komadan ayılmışdı . 
 
Qeyd edək ki, QF.Həsnovun həyat yoldaşı Marina Səttarbəyli də əvvəllər jurnalist işləyib. Cütlüyün 4 övladı var.