EURO : 1,858 TRY : 0,2502 USD : 1,7 RUB : 0,0238
Ankarada 15 iyul hadisələri qəhrəmanlarının xatirəsi yad edili

Ankarada 15 iyul hadisələri qəhrəmanlarının xatirəsi yad edili

Türkiyədə 15 sentyabr 2016-cı ildə baş vermiş çevriliş cəhdinin qurbanlarının xatirəsinə  Ankaranın Beştəpə rayonunda rəsmi mərasim təşkil edilib.

Operativ.tv "Anadolu"ya istinadən xəbər verir ki, tədbir 15 iyul - Demokratiya və Milli Birlik Günü çərçivəsində keçirilib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 15-də baş vermiş hadisələrdə həlak olanların  qohumları, yaxınları, veteran və ictimaiyyət üzvləri ilə birlikdə 15 iyul monumentinə çələng qoyub.

Daha sonra dövlət başçısı ölənlərin ruhuna dua etmək üçün Millət məscidinə gedib.

Prezident 15 iyul - Demokratiya və Milli Birlik Günü münasibəti ilə Türkiyə Böyük Millət Məclisində keçirilən növbədənkənar iclasa qatılıb.

Facebook