Angela Merkel: Baydenlə 3 istiqamətdə əməkdaşlıq edəcəyik

Angela Merkel: Baydenlə 3 istiqamətdə əməkdaşlıq edəcəyik

Angela Merkel Baydenin prezidentliyi dövründə ABŞ-la əməkdaşlığın 3 prioritetini açıqladı
 
Angela Merkel ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenlə üç prioritet istiqamət üzrə işləyəcəklərini bəyan edib ("Röyters”, 9 noyabr).
 
Almaniya kansleri koronavirus pandemiyası, qlobal istiləşmə və beynəlxalq terrorizmlə mübarizənin ABŞ-la əməkdaşlıqda prioritet məsələlər olacağını deyib. 
 
Merkel ABŞ və Almaniyanın açıq dünya iqtisadiyyatı və azad ticarət sahəsində birgə çalışacaqlarına da ümid etdiyini bildirib. 
 
"Biz almanlar və biz avropalılar 21-ci əsrdə bu əməkdaşlığa daha məsuliyyətli yanaşmalı olduğumuzu bilirik. Amerika bizim ən vacib müttəfiqimiz olub və müttəfiqimiz olaraq da qalır. Amma o bizdən haqlı olaraq öz təhlükəsizliyimiz üçün və dünya qarşısındakı öhdəliklərimiz üçün daha böyük səylər göstərməyimizi gözləyir", – Merkel belə deyib. 
 
Kansler həmçinin vurğulayıb ki, ABŞ-ın yeni vitse-prezidenti Kamala Harris bir çoxları üçün ilham mənbəyidir və o, Harris və Baydenlə işləyəcəyi günü səbirsizliklə gözləyir.

Facebook