“Android” sistemi ilə işləyən ən güclü smartfonlar məlum olub

"AnTuTu" məhsuldarlıq testinin ekspertləri 2018-ci ilin oktyabr ayı üzrə "Android" əməliyyat sistemi ilə işləyən ən güclü smartfonların reytinqini tərtib edib. İlk dəfə olaraq "Qualcomm"  prosessoru ilə işləyən qurğular liderlər üçlüyünə düşə bilməyib.

 

Bildirilir ki, 312 min bal toplamış Çinin "Huawei Mate 20" smartfonu birinci yerdə qərarlaşıb. Liderlər üçlüyünə, həmçinin "Huawei Mate 20 Pro" (308 min bal) və "Huawei Mate 20 X" (303 min bal) smartfonları daxil edilib. Hər üç model "Kirin 980" prosessoru ilə işləyir.