“Amnesty İnternational” dünyada ölüm hökmünün ləğvinə dair kampaniyaya başlayıb

“Amnesty İnternational” nüfuzlu Beynəlxalq Hüquq Müdafiə Təşkilatı özünün rəsmi səhifəsində dünyada ölüm hökmünün ləğvinə dair kampaniyaya başlayıb.

Gununsesi.info-nun xəbərinə görə, nüfüzlu Beynəlxalq Təşkilat bildirib ki, hər gün törədilmiş müxtəlif cinayətlərə görə, insanlar dövlət tərəfindən ölüm hökmü cəzasına məruz qalırlar.

Bu hadisə sizin yaxınlarınızın da başına gələ və terror akti kimi qiymətləndirilə bilər: “Bəzi ölkələrdə ölüm hökmü hətta 18 yaşına çatmamış uşaqlara, eləcə də hətta psixoloji problemi olan insanlara  qarşı da tətbiq edilir. Çox vaxt  ölüm hökmü verilmiş  insanlara ölməmişdən öncə müəyyən vaxt verilir ki, bu adamlar həbsxanada yaşasınlar. Lakin onlar nə vaxt öləcəklərini bilmirlər. Bu şəxslər həbsxanada saxlanılırlar, ancaq həyatlarının nə vaxt sona catacağından xəbərsiz qalırlar. Eləcə də ailə üzvlərini də son dəfə nə zaman görəcəklərini bilmirlər. Hesab edirik ki, ölüm hökmü qeyri-insani, alçaldıcı münasibətdir. Amnesty International Beynəlxalq Təşkilatı hər zaman ölüm hökmünə qarşı çıxıbdır. Fərqi yoxdur, bu şəxsin günahı var ya yoxdur, o cinayəti törədib ya törətməyibdir. Yəni təşkilatımız cəza metodu kimi həmişə ölüm hökmünə qarşı çıxıbdır.

“Amnesty İnternational” bildirir ki, 1977-ci ildən ölüm hökmünə qarşı mübarizə aparır. Lakin buna baxmayaraq, ilk illər cəmi 16 ölkə ölüm hökmünü  həm nəzəriyyəsindən, həm də praktikasından  yığışdırmışdı. İndi isə  bu rəqəm 140-a çatıb. Bu isə o deməkdir ki, dünyanin 2/3 hissəsi artıq ölüm hökmündən imtina edib”.