Amerikalı diplomat bu gün Bakıya gəlir

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryü Şxofer bu gün Azərbaycana səfər edəcək.

Bu barədə virtualaz.org-a diplomatik mənbədən məlumat verilib.

Minsk qrupunun Rusiya və Fransadan olan həmsədrləri - İqor Popov və Stefan Viskonti isə fevralın 6-da Bakıda olacaqlar. Diplomatlar fevralın 7-də Azərbaycan rəsmiləri ilə görüşəcəklər.