EURO : 1,8737 TRY : 0,2585 USD : 1,7 RUB : 0,0214
Amerikalı alimlər: Oruc tutmaq ömrü uzadır, xəstəlikləri azaldır

Amerikalı alimlər: Oruc tutmaq ömrü uzadır, xəstəlikləri azaldır

Alimlər günün 16-18 saatını yeməkdən uzaq durmaq və ya həftədə müəyyən müddətdə oruc tutmağın ömrü uzatdığını və bir çox xəstəliyin qarşısını aldığını müəyyənləşdirib.

 

"New England" tibb jurnalında dərc edilən məqalədə göstərilir ki, günün 6-8 saatını qidalanıb yerdə qalan 16-18 saatını yeməkdən imtina etmək bir çox xəstəliyin qarşısını almaqla yanaşı, qan təzyiqini aşağı salır və ömrü uzadır.

 

Orucun piylənmə, şəkər və ürək çatışmazlığınln müalicəsində bir üsul kimi təqdim edilə biləcəyi vurğulanan məqalədə, bunun üçün "gündəlik məhdud istehlak" və "həftədə iki gün oruc tutmaq" kimi iki üsul təqdim edilir.

 

İnan və heyvanlar üzərində aparılan təcrübəyə istinad edilən araşdırmada həmçinin göstərilir ki, vaxtaşırı oruc tutmaqla maddələr mübadiləsini də bərpa etmək mümkündür. Həmçinin bu üsul hüceyrə sağlamlığına müsbət təsir göstərir.

 

Məqalədə vurğulanır ki, oruc insulin müqavimətini artırdığı üçün şəkər xəstələri üçün də yaxşıdır.

Facebook