Amazonda meşələrin qırılması qlobal istiləşməyə gətirir

Braziliyanın Serrado bölgəsində meşələrin qırılması 50 km ətrafda  temperaturun əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Avstraliya və ABŞ-dan olan beynəlxalq alimlər qrupu bu açıqlama ilə çıxış ediblər. 

 

Tədqiqatçılar meşə örtüyünün vəziyyətini izləmək üçün bölgənin 2000-ci ildən 2015-ci ilədək olan peyk fotolarını təhlil etmiş, həmçinin temperaturun dəyişməsini müşahidə edən məlumatlardan istifadə etmişlər. Alınan nəticələr alimlər üçün sürpriz olub.

 

Tədqiqatçıların fikrincə, iqlim dəyişikliyinin istixana qazı tullantıları ilə əlaqəli olması fikri tam doğru deyil: təkcə bu amil qlobal istiləşməyə təsir göstərmir. Meşələrin itirilməsi və bunun nəticəsində meydana gələn torpaq örtüyünün dəyişməsi planetin ekosisteminə kəskin təsir göstərir. Meşə örtüyü temperaturu sabitləşdirir və yer kürəsini sərinləşdirir. Əgər meşələr daha az su tələb edən bitkilərlə əvəzlənəcəksə temperatur iki dərəcəyə qədər yüksələ bilər.

 

Serrado, Braziliya Respublikasında tropik savannanın geniş bir bölgəsidir. Flora və faunanın çox böyük biomüxtəlifliyi ilə xarakterizə olunur. Ümumdünya Vəhşi Təbiət Fonduna görə Serrado dünyanın ən bioloji müxtəlif savannadır.