Almaniyada keçirilən seçkilərdə ultrasağçılar tarixdə ən yüksək nəticəyə nail oldu

Almaniyada keçirilən parlament seçkilərində kansler Angela Merkelin başçılıq etdiyi alyans qalib qalıb gəlib.

Bu barədə Almaniya MSK-nın məlumatında bildirilir.

Bülletenlərin 100 faizinin hesablanmasından sonra hakim Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı 33% səs toplayıb. İkinci yerdə Sosial-Demokrat  (20,5%), üçüncü isə Almaniya üçün Alternativ Partiyasıdır – 12,6%.

Beş faizlik seçki baryerini keçən Azad Demokratik Partiya (10,7%) ,  Sol Partiya (9,2%) və Yaşıllar Partiyası (8,9%) Bundestaqda təmsil olunacaqlar. 

Qeyd edək ki, Sosialist Demokrat Partiyası 1949-cu ildən bəri ən aşağı nəticə göstərib. Miqrantlara qarşı sərt mövqeyi ilə seçilən sağçı Almaniya üçün Alternativ Partiyası isə sonuncu dəfə 1933-cü ildə belə yüksək göstəriciyə nail olub. Almaniya qanunveriliciyinə əsasən, yeni formalaşacaq parlament ölkə kanslerini seçəcək.

Rakurs TV