Almaniya müsəlman soyqırımı törədənlərin tərəfini tutdu

“ParsToday”-ə istinadən verilən xəbərə əsasən, Almaniyanın vitse-kansleri və xarici işlər naziri Ziqmar Qabriyel qəribə çıxış edib. O, çıxışı zamanı Myanmada ordusu və radikal buddistlər tərəfindən törədilən müsəlman qırğınını dolayısı ilə dəstəkləyib.

Bir çox ölkənin və beynəlxalq və hüquq təşkilatlarının, o cümlədən BMT-in də Myanmadakı cinayətləri pislədiyi bir zamanda, Ziqmar Qabriyel altını cızaraq qeyd edib ki, Myanma ordusunu qınamaq lazım deyil.

Almaniyalı nazir bəyanatında Myanmadakı vəhşiliklərin məsuliyyətini müsəlmanların üzərinə yıxmağa çalışıb.

Qeyd edək ki, avqust ayının 25-dən Myanmada yerli müsəlmanlara qarşı yeni aqressiya və cinayətlər dalğası başladılıb. Ölkənin ordusu və radikal buddistlər Rohinca müsəlmanlara qarşı soyqırım törədirlər. Bu günlər ərzində minlərlə günahsız müsəlman qətlə yetirilib, minlərlə insan yaralanıb.