Alman məhkəməsindən hicaba qadağa

Türkiyə mediasına istinadən xəbər verilir ki, qaçqın olaraq Almaniyaya gələn qadın ərindən boşanmaq üçün Brandenburq şəhərində yerləşən məhkəmələrdən birinə müraciət edib.

Hakim məhkəmə iclasına başlamadan qadının vəkilinə məhkəmədə hicab taxmasına icazə verilməyəcəyini bildirən bir məktub göndərib.

Məktubda, "Hicab kimi dini dəyərlərə əsaslanan nümunələrə yol verilməyəcək",- deyə qeyd olunub.

Suriyalı qadının vəkili qərarın konstitusiyaya zidd olduğunu bildirib.

Məhkəmə hakimin "dini simvollara məhkəmə zalında yer yoxdur" qərarını müdafiə edib.