EURO : 1,915 TRY : 0,2483 USD : 1,7 RUB : 0,024
Allahşükür Paşazadənin Trampa yazdığı məktuba cavab gəldi

Allahşükür Paşazadənin Trampa yazdığı məktuba cavab gəldi

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin Baş katibi Şeyxülislam A. Paşazadənin ABŞ Prezidenti Donald Trampa İranda koronavirus pandemiyasının və mövcud sanksiyaların yaratdığı humanitar problemlərlə bağlı ünvanladığı məktuba ABŞ-ın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Örl Litzenberqer iyunun 11-də rəsmi cavab verib.

 

İdarədən Rakurs.tv-yə verilən məlumata görə, məktubda QMİ sədrinin məsələ ilə əlaqədar narahatlığını ifadə edən mövqeyi dəyərləndirilərək Birləşmiş Ştatlar tərəfindən bu narahatlığın bölüşüldüyü bildirilib.

Facebook