Alimlər kimyəvi məişət vasitələrinin təhlükəsi barədə xəbərdarlıq etdi

Alimlər kimyəvi məişət vasitələrinin təhlükəsi barədə xəbərdarlıq etdi

Tərkibində triklozan olan kimyəvi məişət vasitələri orqanizmin antibiotiklərə həssaslığını 100 dəfəyə qədər azalda və bununla da infeksiyaların müalicəsinin qarşısını ala bilər. Operativ.tv-nin verdiyi məlumata görə, bu barədə Phys.org portalı xəbər verib.

 

Alimlər bunun üçün iki qrup infeksiyaya yoluxmuş siçan üzərində təcrübə aparıblar. Hər iki qrup antibiotiklərlə müalicə edilib, lakin qruplardan biri müalicədən əvvəl  triklozanın təsirinə məruz qalıb.

 

Məlum olub ki, bu maddə hüceyrənin inkişafında məsul olan ppGpp molekulunun fəallığına təsir edir. Nəticədə molekul qismən biosintez prosesini dayandırır.

 

«Tibbdə  belə bir qayda var ki, antibiotiklərin qəbuluna qədər  hüceyrələrin  böyüməsini yavaşladan  dərmanları qəbul eləmək olmaz»- deyə  biloloqiya professoru  Petra Levin bildirib.

 

Eksperimentlər triklozanın infeksiyaların müalicəsində effektlivliyi azaltmasında birbaşa rolunu müəyyən etməkə imkan verib.

Facebook