Ali məktəblərə V qrup üzrə ixtisas seçimi başladı

2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə müsabiqə şərtini ödəmiş və qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlər üçün bu gündən ixtisas seçimi başlayıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, abituriyentlər yalnız avqustun 5-dən etibarən elektron ixtisas seçimi ərizələrinə xüsusi qabiliyyət tələb edən ixtisasların kodlarını daxil edib təsdiq edə bilərlər.

Ali məktəblərə V qrup üzrə ixtisas seçimi avqustun 10-dək aparılacaq.
I, II, III, IV ixtisas qruplarından hər hansı biri və V ixtisas qrupu üzrə DİM-in müəyyən etdiyi tələbləri ödəyən abituriyentlər hər iki qrupun ixtisaslarını seçə bilərlər.

Qeyd edək ki, iyulun 29-dan ali təhsil müəssisələrinə I – IV ixtisas qrupları üzrə ixtisas seçimi başlayıb. I – IV qruplar üzrə ixtisas seçimi avqustun 10-dək internet vasitəsilə aparılacaq.