EURO : 1,8425 TRY : 0,2809 USD : 1,7 RUB : 0,0267
Ali məktəblərə qəbulla bağlı onlayn sınaq imtahanına yazılış başladı

Ali məktəblərə qəbulla bağlı onlayn sınaq imtahanına yazılış başladı

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə yeni onlayn sınaq imtahanına yazılış başlayıb.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə otk.az portalı vasitəsilə mütamadi onlayn sınaq imtahanları keçirilir.

Artıq qəbul imtahanlarının II mərhələsi üzrə yeni test tapşırıqlarının istifadə olunacağı növbəti sınaq imtahanına yazılış başlayıb. İmtahana yazılanlar istəklərinə uyğun olaraq günün istənilən vaxtında imtahan üçün nəzərdə tutulan səhifəyə daxil olub bilik və bacarıqlarını yoxlaya bilərlər.

İmtahanda iştirak haqqı 3 manatdır.

Abituriyentlər onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə düzgün cavabları müqayisə etmək, açıq tipli tapşırıqlar üzrə qiymətləndirmə meyarlarına baxmaq imkanına malik olacaqlar.

http://otk.az portalında yerləşdirilmiş onlayn sınaq imtahanlarına yazılmaq üçün ödənişlər plastik kartlar və ya “Milliön” terminalları vasitəsilə aparılır. Qeydiyyat və ödəniş təlimatı ilə portalda tanış ola bilərsiniz.

Facebook