Ali Məhkəməsinin Plenumu İlqar Məmmədov barəsindəki qərarı ləğv etdi

Ali Məhkəməsinin Plenumu İlqar Məmmədov barəsindəki qərarı ləğv etdi

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu REAL hərəkatını sədri İlqar Məmmədov barədə qərarı elan edib.

Bu barədə Modern.az-a İ.Məmmədovun vəkili Fuad Ağayev məlumat verib. 

Qərara görə, Cinayət Məcəlləsinin 220.1 və 315.2-ci maddələrilə məhkum edilməsinə dair cinayət işinin icraatı zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın müddəalarının pozulamsına dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 16 noyabr 2017-ci il tarixli “İlqar Məmmədov Azərbaycana qarşı” iş üzrə qərarında şərh edilmiş hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar müəyyən edib.

Vəkilin sözlərinə görə, Ali Məhkəmənin Plenumu aşağıdakıları qərara alıb:

“Məmmədov İlqar Eldar oğlunun Azərbaycan Respublikası CM-nin 220.1 və 315.2-ci maddələrilə məhkum edilməsinə dair cinayət işi üzrə onun barəsindəki Ali Məhkəmənin Cinayət Kollegiyasının 18 noyabr 2016-cı il tarixli və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2016-cı il tarixli qərarları ləğv edilib”.

F.Ağayev deyib ki, cinayət işi apellyasiya qaydasında yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2014-cü il hökmü ilə Məmmədov İlqar Eldar oğlu Azərbaycan Respublikası CM-nin 220.1 və 315.2-ci maddələrilə təqsirli bilinib. CM-nin 220.1-ci maddəsilə 6 ay, CM-nin 315.2-ci maddəsilə 4 il, CM-nin 66.3-cü maddəsinə əsasən isə cəzaları qismən toplama yolu ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Facebook