Aktyor Mixail Yefremovun məhkəməsi yekunlaşdı

Aktyor Mixail Yefremovun məhkəməsi yekunlaşdı

Məqalə "Novаya qazeta" saytında dərc olunub.

Yol qəzasına səbəb olan aktyor 8 il azadlıqdan məhrum edilib

Moskvanın Presenski Rayon Məhkəməsi aktyor Mixail Yefremova Smolensk meydanında yol-nəqliyyat qəzası ittihamı ilə ümumi həbsxana rejimində səkkiz il həbs cəzası kəsib. Belə ki, həmin qəza nəticəsində internet mağazanın kuryeri Sergey Zaxarov həlak olub. “Nozaya qazeta”nın müxbiri bu haqda məhkəmə zalından xəbər verir.

Məhkəmə qərarına görə, Yefremov həmçinin həlak olanın böyük oğluna 800 min rubl həcmində təzminat ödəməlidir. Aktyoru “Sərxoş halda və ehtiyatsızlıqdan insan ölümü ilə nəticələnən yol hərəkəti qaydalarını pozmaq” maddəsi ilə (CM-nin 264-cü maddəsinin 4-cü bəndi) günahkar biliblər.

Hökm elan olunarkən hakim müdafiə tərəfinin şahidlərinin saxtakarlığının sübutunu bəyan edib. Belə ki həmin şahidlər Yefremovun qəzadan sonra avtomobili sərnişin əyləşən tərəfdən tərk etdiyini söyləyiblər.

 

Məhkəmə binasının ətrafında aktyorun pərəstişkarları, magik ritual yerinə yetirən bir neçə nəfər toplaşıb. Onları saxlayıb daxili işlər şöbəsinə aparıblar. Yefremovu müdafiə etmək üçün qohumları və dostları, o cümlədən aktyor İvan Oxlobıstin, musiqiçi Qarik Sukaçov və yazıçı Dmitri Bıkov gəlib.

 

 

Daha əvvəl prokuror 11 illik həbs cəzası istəyərək, Yefremovun günahının sübuta yetirildiyini bildirib. Yefremov məhkəmədə günahını boynuna alıb və zərərçəkınlərə başsağlığı verib. Aktyor qeyd edib ki, onun prosesdən “sirk və şou düzəldən” və tərəflərin barışığına hər yolla mane olan zərərçəkmiş tərəfin vəkillərinə sualları var.

O əlavə edib ki, hələ də toqquşma anını xatırlamır: “Mən sonradan günahımı boynuma almadım və bu məsələdə haqsızam. Mən sadəcə sübutları dinləmək istədim, ancaq görünür hər şeyi sübutsuz boynuma almalı idim. Vəkilimlə danışdım və mənə dəqiq on il iş verəcəklərini söylədim, ancaq o inanmadı... Mən çaşqın vəziyyətdəyəm. Nə etsəm də, onsuz da haqsızam”.

Aktyorun iştirakı ilə yol qəza hadisəsi iyunun 8-də Moskvada, “Sadovoya kolso”da, Smolensk meydanı yaxınlığında baş verib. Yefremovun avtomobili qarşı yola çıxaraq sonradan xəstəxanda vəfat edən Zaxarovun qoşqulu maşını ilə toqquşub. Ekspertiza aktyorun qəza zamanı güclü alkoqol sərxoşluğu halında olduğunu müəyyən edib və onun qanında narkotik izləri aşkarlayıb.