"Ailə TV" kabel televiziyasının ofisinə silahlı basqın olub

İçərisində 3500 manat olan seyf oğurlanıb

Bakının Xətai rayonunda yerləşən “Ailə TV” kabel televiziyasının ofisinə silahlı basqın olub.

“Report” yazır ki, naməlum şəxslər əvvəlcə ofisin gözətçisini döyüblər, sonra içərisində 3500 manat olan seyfi aparıblar. 

Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.